ABŞ-ın İrana qarşı yeni zərbə dalğasının iyulun 7-də həyata keçirilən hücumlardan daha genişmiqyaslı olacağı bildirilir.
Bu barədə Reuters agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Amerika hərbçiləri Hörmüz boğazında ticarət gəmilərinə hücumlara cavab olaraq Tehranı zəiflətməyi hədəfləyir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı CENTCOM isə artıq döyüş uçuşlarının bərpa olunduğunu təsdiqləyib.
Analitiklərin qiymətləndirməsinə əsasən, əvvəlki hücum məhdud xarakter daşıyıb. Lakin gözlənilən yeni bombardman dalğasının son ayların ən böyük birgünlük zərbələrindən biri ola biləcəyi qeyd olunur.

