İslam İnqilabı Keşikçiləri Korpusunun — SEPAH-ın raket və pilotsuz uçuş aparatları bölmələri “yaxın dəqiqələrdə” Yaxın Şərqdəki ABŞ bazalarına genişmiqyaslı hücum həyata keçirəcək.
Bu barədə NourNews agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İran vilayətində partlayışlarla bağlı xəbərlərdən sonra ABŞ Silahlı Qüvvələrinin hücumu Buşehr Atom Elektrik Stansiyasına zərər vurmayıb.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM İranın Hormuz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə İslam Respublikasının obyektlərinə əlavə zərbələr endirdiyini açıqlamışdı.
Məlumatlarda İranın liman şəhərləri Bəndər-Abbas, Sirik və Çabahar, eləcə də Buşehrin bəzi rayonlarında partlayışlar baş verdiyi bildirilirdi.

