ABŞ hərbçiləri İranın Hormuz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə bu ölkəyə yenidən zərbələr endirməyə başlayıblar.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM məlumat yayıb.
Komandanlığın X platformasında dərc etdiyi açıqlamada bildirilib:
“Ali baş komandanın əmri ilə CENTCOM qüvvələri İranın Hormuz boğazında gəmiçiliyin azadlığına təhdid yaratmaq imkanlarını daha da zəiflətmək məqsədilə bu ölkəyə əlavə zərbələr endirməyə başlayıb.”

