İranın bir neçə şəhərində partlayışlar baş verib.
Bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, partlayışlar Bəndər-Abbas, Sirik və Çabahar şəhərlərində qeydə alınıb. Bundan başqa, Qeşm adası, Buşehr və Əssəluyədə də partlayışların baş verdiyi barədə məlumatlar yayılıb.
Yerli KİV-in məlumatına görə, Çabahardakı partlayışlar ABŞ tərəfindən dəstəkləndiyi iddia olunan terror qruplaşmasının hücumları ilə əlaqələndirilir.
Eyni vaxtda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM İran ərazisinə yeni zərbələr endirdiyini açıqlayıb.
Amerika komandanlığının bəyanatında qeyd olunub ki, zərbələr İran tərəfindən açılan atəşə cavab olaraq həyata keçirilib.

