ABŞ hərbçiləri İordaniyada İranın hücum etdiyi bildirilən ərazidə şəxsiyyəti müəyyənləşdirilməmiş insan qalıqları aşkar ediblər.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM məlumat yayıb.
Bildirilib ki, hazırda tapılan qalıqların kimə məxsus olduğunun müəyyənləşdirilməsi prosesi davam edir.
CENTCOM daha əvvəl hücum nəticəsində iki amerikalı hərbçinin öldüyünü, daha bir hərbçinin isə itkin düşdüyünü açıqlamışdı.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyadakı ABŞ-nin Əl-Əzraq aviabazasına hücum etdiyini bildirmişdi.
Korpusun iddiasına görə, zərbə nəticəsində iki qırıcı və üç təyyarə məhv edilib, daha bir neçə hava gəmisinə isə ciddi ziyan dəyib.

