ABŞ Prezidenti Donald Tramp ölkənin sursat ehtiyatlarının ciddi şəkildə azalması barədə məlumatların mediaya sızmasına qəzəblənib.
CNN mənbələrə istinadən yazır ki, Tramp xüsusilə bu məlumatların İranla qarşıdurmanın həlledici mərhələsində gündəmə gəlməsindən narazı qalıb.
Mənbələrin sözlərinə görə, ABŞ lideri hazırda güc nümayiş etdirmək istədiyi bir vaxtda bu mövzunun müzakirə olunmasının Vaşinqtonun mövqeyinə zərər verdiyini düşünür.
Bildirilir ki, Tramp son günlər qapalı söhbətlərdə belə sızmaların “ABŞ-ni zəif göstərdiyindən” şikayət edib.

