ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunmasının asan proses olmadığını, lakin Vaşinqtonun istədiyini alacağını bildirib.
O, bu barədə ABC News telekanalına müsahibəsində danışıb.
“Bu, asan məsələ deyil”, deyə Tramp qeyd edib.
ABŞ liderinin sözlərinə görə, söhbət böyük bir ölkə ilə ciddi razılaşmadan gedir və buna görə proses İran tərəfi üçün də sadə deyil.
“Siz həqiqətən böyük bir ölkədən, çox böyük bir ölkənin razılaşma əldə etməsindən danışırsınız. Ona görə də bu, onlar üçün asan deyil”,deyə Tramp bildirib.
O əlavə edib ki, bu proses ABŞ üçün də asan deyil.
“Amma biz bizə lazım olanı alırıq”, deyə Prezident vurğulayıb.
Tramp həmçinin hələ razılaşmaya razılıq vermədiyini bildirib. Onun sözlərinə görə, hələ də həllini gözləyən bir neçə məsələ qalır.

