ABŞ prezidenti Donald Tramp İranla hərbi qarşıdurmadan genişmiqyaslı döyüşləri bərpa etmədən çıxış yolu axtarır.
Bu barədə The Atlantic məlumat yayıb.
Nəşrin mənbələrinin sözlərinə görə, Tramp artıq bu müharibədən yorulub.
Prezidentlə mütəmadi əlaqədə olan qeyri-rəsmi müşavir bildirib ki, Tramp müharibədən “bezib”. Danışıqlarda dalana dirənməyə baxmayaraq, o, hərbi əməliyyatların yenidən başlamasını istəmir, — deyə məqalədə qeyd olunub.
Məlumata görə, ABŞ lideri İranın sərt mövqeyindən məyus olub və qarşıdurmanın həddindən artıq uzandığını düşünür.
Bu səbəbdən Tramp sərt xətt tərəfdarlarının bombardmanların yenidən başlanması ilə bağlı çağırışlarını bloklayır və hazırkı kövrək atəşkəsi qorumağa üstünlük verir.

