ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu telefon danışığı zamanı sərt tənqid edib.
Bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp İsrail baş nazirinin Yaxın Şərqdəki addımlarından narazılığını emosional şəkildə ifadə edib və onu “dəli” adlandırıb.
ABŞ lideri Netanyahuya əvvəllər göstərdiyi dəstəyi xatırladıb. Mənbələr bildirirlər ki, Tramp öz müdaxiləsi olmasaydı, İsrail baş nazirinin korrupsiya işi üzrə həbsxanaya düşə biləcəyini deyib.
Bununla yanaşı, Tramp İsrailin regiondakı hərbi əməliyyatlarının nəticələrindən, o cümlədən Livandakı vəziyyətdən narahatlığını ifadə edib.
Onun fikrincə, bu cür addımlar İsrailin beynəlxalq təcridini daha da gücləndirə bilər.

