Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində ən azı 132 nəfər həyatını itirib, 570-dən çox insan yaralanıb.
BluRadio-nun rəsmi məlumatlara istinadən yaydığı xəbərə görə, 7,4 maqnitudalı zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar yaxınlığında yerləşib. Ölkənin 32 şəhərində yüksək təhlükə səviyyəsi elan olunub.
Kolumbiya Prezidenti Abelardo de la Espriella bildirib ki, ən ciddi dağıntılar Pereira və Manisales şəhərlərində qeydə alınıb. Son məlumatlara görə, ölkə üzrə 1500-dən çox ev zədələnib, 61 bina tamamilə dağılıb.
Yeraltı təkanlar qonşu Panamada da hiss olunub. Xilasetmə və axtarış əməliyyatları fasiləsiz davam etdirilir, yaralılar üçün səhra hospitalları qurulub.
Hadisə ilə bağlı itki və dağıntıların miqyasının artacağı istisna edilmir.

