Əfqanıstanın şimalında 6,3 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlər və dağıntılar qeydə alınıb.
CNN-in yaydığı məlumata görə, təbii fəlakət nəticəsində ən azı dörd nəfər həlak olub.
Balx vilayətinin qubernatorunun nümayəndəsi Hadji Zeyd ölənlərin olduğunu və çoxsaylı yaralıların qeydə alındığını təsdiqləyib. Yeraltı təkanlar Məzari-Şərifdəki məşhur Göy Məscid də daxil olmaqla bir sıra memarlıq abidələrinə ciddi ziyan vurub.
“Bir çox insan yaralanıb, və hazırkı məlumata görə, dörd nəfər ölüb,” — deyə Zeyd CNN-ə bildirib.
ABŞ Geoloji Xidmətinin ilkin qiymətləndirməsinə əsasən, ölənlərin sayı yüzlərlə ola bilər. Zəlzələnin təkanı Tacikistan, Özbəkistan və Türkmənistan ərazisində də hiss olunub.
Bu, son vaxtlar Əfqanıstanda baş verən ikinci güclü zəlzələdir. 31 avqustda Hindukuş dağlarında 6,2 maqnitudalı yeraltı təkanlar qeydə alınmış, nəticədə 2,2 min nəfərdən çox insan həyatını itirmişdi. Bir neçə gün sonra, 2 sentyabrda, 5,5 maqnitudalı yeni təkanlar regionu silkələmişdi.

