Azərbaycan ABŞ-da CNN telekanalına qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb kanalın İsrailin Azərbaycan ərazisindəki fəaliyyəti ilə bağlı yaydığı və Bakı tərəfindən əsassız hesab edilən iddialardır.
DenMedia.az Report-a istinadən xəbər verir ki, iddia ABŞ-ın federal məhkəməsinə təqdim olunub.
Mübahisə CNN-in 5 iyun 2026-cı il tarixində yayımladığı məqalə ilə bağlıdır. Yazıda Azərbaycan ərazisinin İsrail tərəfindən İrana qarşı əməliyyatların həyata keçirilməsi üçün istifadə edildiyi iddia olunub.
Məqalədə, həmçinin İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə rayonda fəaliyyət göstərdiyi, burada kəşfiyyat və pilotsuz uçuş aparatları ilə əməliyyatlar həyata keçirildiyi bildirilib.
CNN-in yazısında İsrailin İrana qarşı mümkün əməliyyatlara hazırlıq məqsədilə Azərbaycan ərazisində əvvəlcədən dinləmə qurğuları və digər kəşfiyyat avadanlıqları yerləşdirdiyi də iddia edilib.
Azərbaycan tərəfi isə nəşrdə yer alan bu məlumatları əsassız və təxribat xarakterli hesab edir və həmin iddialara məhkəmə qaydasında etiraz edir.

