Nepalda baş verən qəfil sel fəlakəti nəticəsində ölənlərin sayı 626 nəfərə çatıb. Ən azı 2 426 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.
Rəsmilər bildiriblər ki, çay sahillərindən çıxarılan cəsədlərin böyük hissəsi ciddi dərəcədə çürüdüyü üçün onların vizual olaraq tanınması mümkün deyil.
İndiyədək bölgədə 233 cəsəd aşkar edilib, lakin onlardan yalnız 4-nün şəxsiyyəti müəyyənləşdirilə bilib.
Axtarış-xilasetmə işləri davam edir. Fəlakətin miqyasının böyük olması və çoxsaylı insanların itkin düşməsi səbəbindən ölənlərin sayının arta biləcəyi istisna edilmir.

