Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində azı 17 nəfər həlak olub.
Reuters-in məlumatına görə, ölənlərdən beşi “Aeon” ticarət mərkəzində baş verən qaz partlayışı və uçqun, səkkizi isə “Nippon Paper Industries” müəssisəsində baş verən dağıntılar nəticəsində həyatını itirib.
Bundan başqa, 6 nəfər kliniki ölüm vəziyyətindədir. Yaponiyada bu termin həkimlər rəsmi olaraq ölümü təsdiqləyənədək ürək və tənəffüs fəaliyyətinin dayanmasını ifadə etmək üçün istifadə olunur. Həmçinin 1 nəfərin taleyi hələ də naməlumdur.
Xilasetmə əməliyyatları davam edir. Hakimiyyət orqanları dağıntılar altında qalanların axtarışını sürətləndirib, ölənlərin sayının isə arta biləcəyini istisna etmir.

