Nepalda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinə istinadən məlumat yayıb.
Son məlumata görə, 4,5 min nəfər hələ də itkin düşmüş hesab olunur.
Avqustun 26-da Nepalda qəfil və güclü daşqın baş verib. Məlumata görə, fəlakətə Tibet ərazisində baş verən proseslərdən sonra Lhende çayının məcrasının bağlanması və sonradan suyun qarşısındakı maneəni yararaq aşağı axına hərəkət etməsi səbəb olub.
Nəticədə Bhote-Koşi çayında suyun səviyyəsi kəskin yüksəlib və geniş ərazilər daşqına məruz qalıb.
İtkin düşənlər arasında müxtəlif ölkələrin vətəndaşlarının da olduğu bildirilir. Axtarış-xilasetmə işləri davam etdirilir.
Nepalda avqustun 26-da başlayan daşqının Bhote-Koşi çay sistemi boyunca ciddi dağıntılara səbəb olduğu barədə yerli və regional mənbələr də məlumat yayıb.

