Nepalda polis qəfil daşqınlar nəticəsində itkin düşən şəxslərin axtarışı ilə yanaşı, ən azı 20 bankdan sel sularının apardığı nağd pul seyflərini də axtarır.
“The Times of India”nın məlumatına görə, seyflərin bəzilərində böyük məbləğdə pul və qızıl da daxil olmaqla digər qiymətli əşyalar olub.
Polis baş direktorunun müavini Abi Narayan Kafle bildirib ki, əsas prioritet itkin düşən şəxslərin tapılmasıdır, lakin eyni zamanda ictimai asayişin qorunması da vacibdir.
Onun sözlərinə görə, artıq yerli sakinlərin selin apardığı bəzi seyfləri sındıraraq içərisindəki pulları oğurlaması halları qeydə alınıb.
Daşqın avqustun 26-da Nepalın şimalında baş verib. Fəlakətə Çinlə sərhəd ərazidə baş verən uçqunun səbəb olduğu bildirilir.
Məlumata görə, daşqın nəticəsində 1 000-dən çox insan həyatını itirib, 4 500 nəfər isə itkin düşmüş hesab olunur.

