ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin yaxın zamanda başa çatacağını düşündüyünü bildirib.
O, bu barədə “The Glenn Beck Program”a müsahibəsində danışıb.
Trampın sözlərinə görə, Hörmüz boğazı artıq açıqdır və hazırda oradan çoxlu sayda gəmi keçir.
“Düşünürəm ki, İranla müharibə kifayət qədər tezliklə başa çatacaq. Çünki Hörmüz boğazı açıqdır. Hazırda boğazdan çoxlu gəmi keçir. Biz onların keçməsinə imkan veririk”, – ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin hazırda Hörmüz boğazında minaların olmadığını deyib.
ABŞ liderinin sözlərinə görə, mühüm dəniz keçidində gəmiçilik normal şəkildə davam edir.

