Müəllimin əsas missiyası yalnız bilik vermək deyil, həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.
Bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrikində bildirib.
Nazir qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.
“Savadlı, məsuliyyətli və vətənpərvər nəslin yetişdirilməsinə yönəlmiş fədakar əməyiniz dərin hörmətə layiqdir. Hər birinizə təşəkkür edir, işinizdə uğurlar arzulayıram ki, əməyinizin nəticələri ilə hər zaman qürur duya biləsiniz”, – deyə Emin Əmrullayev bildirib.

