ABŞ Prezidenti Donald Tramp Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumdan sonra Vaşinqtonun husilərə qarşı hərbi əməliyyatlara qoşula biləcəyini istisna etməyib.
Jurnalistlər Trampdan ABŞ-nin Səudiyyə Ərəbistanının husilərə qarşı zərbələrinə qoşulub-qoşulmayacağını soruşublar.
“Ola bilər. Buna baxacağıq. Son hücum barədə indicə məlumat aldıq. Qərar verəcəyik, biz çox sürətli hərəkət edirik”, – Tramp bildirib.
ABŞ liderindən Riyad hava limanına hücumun onun İrana qarşı noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək yeni zərbələr endirməmək barədə əvvəlki mövqeyini dəyişib-dəyişməyəcəyi də soruşulub.
Tramp suala konkret cavab verməyərək, “Buna baxacağıq”, – deyib.
Qeyd edək ki, oktyabrın 10-da Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hücumda İranın dəstəklədiyi Yəmən husilərini ittiham edib və cavab veriləcəyini açıqlayıb.
Hücumdan sonra hava limanında uçuşlar müvəqqəti dayandırılıb, bir sıra reyslər ləğv edilib və ya başqa hava limanlarına yönləndirilib.

