Şiə hərbi-siyasi hərəkatı "Ənsar Allah" (husilər) Səudiyyə Ərəbistanının Ər-Riyad və Yanbu şəhərlərindəki hədəflərə zərbələr endirib.
Bu barədə hutilərin hərbi nümayəndəsi "Al Masirah" telekanalının efirində bəyanat verib.
"Biz Səudiyyə təcavüzünə cavab olaraq iki xüsusi hərbi əməliyyat keçirdik. Birinci əməliyyatın hədəfi Səudiyyə düşməninin paytaxtı Ər-Riyaddakı mühüm obyekt oldu. İkinci hədəf isə Yanbu şəhərində yerləşən "Saudi Aramco" şirkətinin obyekti idi" — deyə hərəkatın nümayəndəsi bildirib.

