Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşmasından və enerji atəşkəsi ilə bağlı qərarından sonra özünü xəyanətə uğramış hiss etdiyini bildirib.
Zelenski bu barədə britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışıb.
“Təəssüf ki, güclü tərəfdaşımızı itiririk”, – deyə Ukrayna lideri bildirib.
O vurğulayıb ki, Kiyev hər hansı razılaşma naminə ölkənin suverenliyindən güzəştə getmək niyyətində deyil.
“Biz ölkəmizi satmırıq. Bu, bizim üçün biznes deyil, həyatımızdır”, – deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti Trampın mövqeyini də tənqid edərək ABŞ liderinin Rusiyanın tərəfini tutmaq əvəzinə neytrallığını qoruyub saxlamalı olduğunu vurğulayıb.
Zelenskinin sözlərinə görə, Trampın Ukraynanın deyil, qarşı tərəfin mövqeyini dəstəkləməsi ağrılıdır.

