Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib ki, onun ölümü ölkənin dağılması demək olmaz.
Zelenskinin sözlərinə görə, Ukrayna bir nəfərdən ibarət deyil, bu, işlək institutlar sistemidir və onlar genişmiqyaslı münaqişə şəraitində belə fəaliyyətini davam etdirir.
Ukrayna bir sistemdir və bu sistem müharibə şəraitində də işləyir.
Prezident dövlət üçün əsas prioritet kimi Silahlı Qüvvələri göstərib. Bununla yanaşı, o vurğulayıb ki, ölkənin dayanıqlılığı biznesin, enerji sektorunun, su təchizatının, bank sisteminin və kibertəhlükəsizliyin fəaliyyətinə söykənir.

