ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna münaqişəsinin həllində daha güclü mövqeyə sahib olduğunu bildirib. Politico-ya müsahibəsində o, Moskvanın üstünlüyünün açıq olduğunu vurğulayıb və xəbərdarıb ki, əgər o prezident olmasaydı, “Üçüncü Dünya müharibəsi başlaya bilərdi”.
Trampın sözlərinə görə, münaqişənin həlli “iki lider arasında böyük nifrət” səbəbindən çətinləşir. O qeyd edib ki, Ukrayna mövqelərini itirir və Zelenski “situasiyanı olduğu kimi qəbul etməyə məcbur olacaq”.
Tramp bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski hələ də son sülh təklifilə tanış olmayıb, baxmayaraq ki, həmin plan onun komandasının xoşuna gəlib.
ABŞ lideri həmçinin qeyd edib ki, Vaşinqton Kiyevə maliyyələşdirməni dayandırıb, çünki “Co Bayden çox səfehlik edərək Ukraynaya 350 milyard dollar ayırdı.”
Jurnalistin “Ukrayna müharibəni uduzubmu?” sualına Tramp belə cavab verib: Kiyev böyük əraziləri mənim prezidentliyimdən əvvəl itirmişdi.

