11 
iyn
2023
17:59
311

Tovuzda kütləvi dava: xəsarət alanlar var

11 iyn, 2023
17:59
311

Tovuzda kütləvi dava: xəsarət alanlar var

Tovuzda kütləvi dava olub.

Den.az xəbər verir ki, hadisə gecə saatlarında fəaliyyət göstərən çay evlərinin birinin qarşısında baş verib.

İki nəfər arasında yaranan mübahisə kütləvi davaya çevrilib.

Nəticədə rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal bıçaq zərbələri alıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, kütləvi dava zamanı avtomobilə əyləşərək ərazidən uzaqlaşmaq istəyən şəxslər də olub. Onlar Qovlar şəhər ərazisində qəzaya düşüblər.

KİA markalı minik maşını yol kənarında hərəkətsiz dayanan traktora çırpılıb. Nəticədə rayonun Qaziqulu kənd sakini sürücü 29 yaşlı Hüseyn Əliyev, Tovuz şəhər sakini 32 yaşlı Tural Tağıyev, Bozalqanlı kənd sakini Günay Babayeva və Düz-Cırdaxan kənd sakini 19 yaşlı Sənan Məmmədalıyev ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kütləvi dava zamanı yüngül xəsarət alanlar da olub. Onlara da ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb./APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar