Bakının Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında kütləvi dava baş verib.
Den.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun “Alatava” adlanan ərazisində 2 qrup arasında həmin bölgədə kriminal aləmdə “vəziyyət”ə nəzarət üstündə baş verən insident zamanı 1 nəfər ağır bıçaq xəsarəti alıb.
4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, hadisənin hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməməsi üçün onlar xəstəxanaya müraciət etməyiblər.
Hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra dərhal araşdırma başlanılıb.
Hazırda hadisə iştirakçıları arasında kriminal aləmdə “Vüsal Yasamal” kimi tanınan və bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsindən azad edilən şəxsin, həmçinin hadisənin digər iştirakçıları Qubadov Kamran Fəxrəddin oğlu, İbrahimov Davud Hacıağa oğlu və Mirəli adlı şəxslərin axtarışları polis əməkdaşları tərəfindən davam etdirilir.
Kriminal qruplar arasında dava - “Vüsal Yasamal” axtarılır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.