Xəbər verdiyimiz kimi Sumqayıtın sülh prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, iki avtomobilin toqquşması zamanı 2 nəfər ölüb, yaralananlar var.
Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitlər aidiyyatı üzrə təhvil verilib. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya aparılıb.
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
Denaz.tv hadisə yerindən videoreprotajı təqdim edir:
Sumqayıtda bu yol qan gölünə döndü: Dəhşətli qəzanın baş verdiyi yerdən VİDEOREPORTAJ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.