İlkin məlumatlara əsasən, “Hyundai” markalı avtomobil yolun qarşı tərəfinə keçmək istəyən iki qadına çırpılıb. Hadisənin şahidlərinin bildirdiyinə görə, sürücü yüksək sürətlə hərəkət edirdi və piyadaları vaxtında görüb dayana bilmədi.
Qəza nəticəsində piyadalardan biri, Cabbarova Xalidə, hadisə yerindəcə dünyasını dəyişib. Digər piyada, Yeganə Əmrahova, ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Polis faktla bağlı araşdırmalara başlayıb və qəzanın səbəbləri araşdırılır. İlkin ehtimallara görə, sürücünün diqqətsizliyi və yüksək sürət qəzaya gətirib çıxara bilər.
*******
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə zamanı yolu keçmək istəyən iki nəfəri avtomobil vurub. Onlardan biri aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən bu şəxsin kimliyinin müəyyən olunması istiqamətində araşdırmalar aparılır.
Digər piyada – 1970-ci il təvəllüdlü Əmrahova Yeganə Ağacan qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti həkim nəzarətindədir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi, sürücünün kimliyi və qəzanın digər təfərrüatları araşdırılır.
Nizami Rəsulov
Den.az