27 
iyn
2023
22:29
254

Bakı-Quba yolunda dəhşət: Ölənlər və yaralı var

27 iyn, 2023
22:29
254

Bakı-Quba yolunda dəhşət: Ölənlər və yaralı var

Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində ölənlərin sayı 2-yə çatıb.

Den.az xəbər verir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində baş vermiş qəzada ağır bədən xəsarətləri alan sərnişin, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü İbrahimov Nazim Zülfəli oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sürücü Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Musatafayev Bəhruz Vaqif oğlu hadisə yerində ölüb.

Hər iki şəxsin meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.Report
[video=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar