İsmayıllıda yük maşını çobanı vurub, onlarla qoyun tələf olub.
Den.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, “KamAZ” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Qocaman Elqirax oğlu Bəyalıyev xəsarət alıb, 20-dən çox qoyun tələf olub.
Çoban ağır bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.