Bu barədə Den.az-ın yerli bürosunun sorğusuna cavab olaraq
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev
məlumat verib.
Belə ki, bu gün saat 05 radələrində Cəlilabad rayon sakinləri E.Şəmmədov və Ə.Alışovun idarə etdikləri "Mercedes" markalı avtomobillər rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən həmin vaxt yola çıxan qoyun sürüsü ilə toqquşub.
Nəticədə 23 baş xırdabuynuzlu heyvan tələf olub, nəqliyyat vasitələrinə isə ziyan dəyib.
Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.