Cəlilabadda yol qəzası baş verib.
Den.az-ın yerli bürosunun məlumatına görə, hadisə Cəlilabad-Sərhədabad avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yol üstündə duran inəyi vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib və inək tələf olub.
Faktla bağlı araşdırma aparılır.