Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.
DenMedia.az xəbər verir ki, hadisə nəticəsində iki azyaşlı uşaq tüstüdən zəhərlənib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdiriliblər.
Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.