Sumqayıtda keçmiş məmurun evi yanaraq kül olub.
Den.az xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində 2/23-də qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində bir otağının yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib. Əraziyə aidiyyatı qurumların əməkdaşları da gəlib. Hadisə nəticəsində tüstüdən zəhərlənən, eləcədə müxtəlif xəsarətlər alan Rasim Midişov Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxs olduğundan evə buraxılıb. Yanğına ilkin səbəb kimi yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması göstərilir. Məlumat üçün bildirək ki, yanan mənzin Xızı rayon Maliyyə İdarəsinin keçmiş rəisi, sumqayıt şəhər sakini İndira Şhamsivariyə məxsusdur. Hadisə baş verən zaman mənzildə qardaşı olub.
Faktla bağlı araşdırma aparılır.