Pakistanın Kvetta şəhərində (Belucistan vilayəti) baş verən terror partlayışı nəticəsində ən azı 10 nəfər həyatını itirib, daha 32 nəfər yaralanıb.
DenMedia.az xəbər verir ki, bu barədə Dawn qəzeti regional səhiyyə idarəsinə istinadən məlumat yayıb.
Partlayışın intiharçı terrorçu tərəfindən törədildiyi bildirilir. Hücuma görə məsuliyyəti daha əvvəl "Təhrik-i Taliban Pakistan" adı ilə tanınan, hazırda isə "Fitnə əl-Xəvaric" adını daşıyan qruplaşma öz üzərinə götürüb.
Şəhər xəstəxanaları gücləndirilmiş rejimdə işləməyə başlayıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.