Pakistanın Bəlucistan əyalətinin Mastunq rayonunda sərnişin qatarına təşkil olunan bombalı hücum nəticəsində 12 nəfər yaralanıb.
Denmedia.az xəbər verir ki, hadisə barədə “Dawn” qəzeti məlumat yayıb.
Bildirilib ki, hücumda Pişəvər-Kvetta xəttində hərəkət edən “Jaffar Ekspres” sərnişin qatarı hədəf alınıb. Partlayış nəticəsində vaqonlardan biri aşıb və 12 nəfər xəsarət alıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib, yaralılar xəstəxanaya yerləşdirilib.Publika.az