avq
2023
13:42
163

Gəncədə Özbəkistan vətəndaşı qəza törətdi - 2 nəfər öldü

6 avq, 2023
13:42
163

Gəncədə Özbəkistan vətəndaşı qəza törətdi - 2 nəfər öldü

Özbəkistan vətəndaşı Tuhktaev Habibjon sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Gəncə şəhəri Atatürk prospektində idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Den.az xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin – 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar