Yevlax rayonu Tanrıqulular kənd yolunda yol qəzası olub.
Den.az bildirir ki, 26.11.2024-cü il tarixdə saat 00:10 radələrində Yevlax rayonu Tanrıqulular kənd yolunda 1992-ci il təvəllüdlü Nəsibov Elvin Elcan oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21011" markalı avtomobil ilə kəndin orta məktəbi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib hasara dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə E.Nəsibov və övladı - 2020-ci il təvəllüdlü Elcan Nəsibov sifətin və bədənin müxtəlif dərəcəli əzik və kəsik xəsarətləri diaqnozu ilə Mingəçevir ŞMX-na müraciət etmiş, həmin avtomobildə sərnişin qismində əyləşmiş 2003-cü il təvəllüdlü Nəsibova Sənubər Səhəddin qızı isə almış olduğu xəsarətlər nəticəsində bağlı həmin xəstəxanada ölmüşdür.
Faktla bağlı Yevlax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Ağır qəza - arvadı öldü, oğlu isə yaralandı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.