13 
noy
2023
09:46
225

Sərxoş vəziyyətdə avtomobili AŞIRDI: 1 ölü, 3 yaralı

13 noy, 2023
09:46
225

Sərxoş vəziyyətdə avtomobili AŞIRDI: 1 ölü, 3 yaralı

İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Den.az  xəbər verir ki, hadisə rayonun Məmmədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu zaman o, idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar