noy
2023
09:31
172

Sərxoş vəziyyətdə maşını binaya çırpdı: ANASI ÖLDÜ

2 noy, 2023
09:31
172

Sərxoş vəziyyətdə maşını binaya çırpdı: ANASI ÖLDÜ

Saatlıda ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

Den.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb. 

Belə ki, 2000-ci il təvəllüdlü Emil Elşad oğlu Astanov  etibarnamə əsasında, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ- 21063” markalı avtomobili binaya çırpıb. 

Nəticədə avtomobildəki sərnişin, Emil Astanovun anası, 1959-cu il təvəllüdlü Aybəniz Xanoğlan qızı Astanova aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar