Sumqayıtda tapılan azyaşlının valideynləri müəyyən edilib.
Denmedia.az xəbər verir ki, Sumqayıtda BTZ bağları ərazisində tapılan azyaşlının valideynləri artıq müəyyən olunub.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində 5 yaşlı eşitmə və danışma qüsurlu uşağın valideynlərinin Bakı şəhərinin Sulutəpə adlanan ərazisində yaşadığı və dilənçiliklə məşğul olduğu bildirilir. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində təxminən 5-6 yaşlarında eşitmə və danışma qüsuru olan azyaşlı tapılmışdı. Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib və onun səhhətinin normal olduğu bildirilir.
Hazırda azyaşlının ailəsinin sosial vəziyyətinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülür.
Ellada Rəsul
Denmedia.az

