Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
TƏBİB-dən Den.az-a verilən məlumata görə, daha öncə iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə valideynləri 3 yaşlı azyaşlını Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib.
İyulun 21-də saat 15 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların ineksiyası zamanı anaflaktik şok keçirib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20-də azyaşlının ölüm faktı qeydə alınıb.
***
18:33
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kənd sakini, 3 yaşlı Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib. Azyaşlı bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.(APA)