Sumqayıt şəhərində azyaşlı uşaq tapılıb.
Denmedia.az xəbər verir ki, hadisə bu gün Sumqayıt şəhər BTZ bağları ərazisində qeydə alınıb.
Məlumata görə, təxminən 5 yaşında olan eşitmə və danışma qüsurlu uşaq sakinlər tərəfindən sahibsiz halda aşkarlanıb.
Dərhal məlumat Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə verilib. Polis əməkdaşları uşağı bölməyə gətiriblər və hazırda azyaşlı oradadır. Uşağın valideynlərinin və ya yaxınlarının müəyyən edilməsi istiqamətində təxirəsalınmaz axtarış tədbirləri aparılır.
Uşağın üzərində şəxsiyyətini təsdiq edən sənəd və ya əlaqə nömrəsi aşkarlanmayıb. Polis bölməsi ictimaiyyətə və şəhər sakinlərinə müraciət edərək bildirir ki, əgər azyaşlı barədə məlumatı olan və ya onu tanıyan şəxs varsa, dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya “102” Xidməti Zəng Mərkəzinə məlumat versin.
Hazırda uşağın səhhəti normaldır, o, polis əməkdaşlarının nəzarəti altındadır və lazımi qayğı ilə təmin olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

