Oman Sultanlığının paytaxtı Maskat sahillərində fransız turistləri daşıyan gəzinti qayığı çevrilib, nəticədə üç nəfər ölüb.
Bu barədə Oman polisi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, hadisə Mattra şəhərində Sultan Qabus limanından 4,6 kilometr aralıda baş verib. Qəza zamanı qayıqda 25 fransız turist, eləcə də bələdçi və kapitan olub.
“Hadisə nəticəsində üç turist həyatını itirib, daha iki nəfər isə yüngül xəsarət alıb”, — deyə açıqlamada qeyd olunub.

