İsveçrənin Kran-Montana şəhərində yerləşən xizək kurortunda bir barda baş verən partlayış və yanğın nəticəsində azı 10 nəfər ölüb. Bu barədə Sky News İsveçrə polisinə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində daha 10 nəfər xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
İsveçrə polisi insidentin terror aktı ilə əlaqəli olmadığını təsdiqləyib.

