İsraildə toy mərasimi faciəyə çevrilmək üzrə ikən son anda möcüzə baş verib.
Mərasim zamanı 34 yaşlı bəy qəfil huşunu itirərək yerə yıxılıb və ürəyi dayanıb. Qonaqlar arasında olan, keçmiş feldşer Ben Sinay dərhal hadisəyə müdaxilə edib. O, bəyin nəbzinin olmadığını müəyyən edərək təcili tibbi yardım çağırıb və yerində reanimasiya tədbirlərinə başlayıb.
Peşəkar və sürətli müdaxilə nəticəsində bəy yenidən həyata qaytarılıb. Daha sonra o, xəstəxanaya yerləşdirilib. Həkimlərin məlumatına görə, hazırda vəziyyəti ağır, lakin stabildir.

