Sosial şəbəkələrdə moda və səyahət haqqında videolar paylaşan məşhur braziliyalı bloqer Aline Ferreyra plastik əməliyyatdan sonra dünyasını dəyişib.
Den.az “UNIAN“a istinadən xəbər verir ki, ölümün səbəbi ümumiləşdirilmiş infeksiyanın baş verməsi olub.
Hər şey 33 yaşlı qızın estetik məqsədlər üçün istifadəsi tövsiyə edilməyən polimetil metakrilatdan istifadə edərək ombasını böyütmək istəməsi ilə başlayıb. Lakin əməliyyatdan sonra mərhumun ərinin sözlərinə görə, bloqer evə qayıdıb və özünü pis hiss edib. Ertəsi gün qızdırması yüksəlib.
Bloqerin həyat yoldaşı dərhal xəstəxanaya gedib. Plastik cərrah isə vəziyyətin normal olduğunu bildirib və bloqqerin qızdırma dərmanı atmasını tövsiyə edib.
Alina qarın ağrısı çəkməyə başlayıb və huşunu itirib. O, bir neçə gün orada qalıb, sonra Asa Sul şəhərindəki özəl tibb müəssisəsinə köçürülüb.
Lakin sonradan bloqqerin ürəyi dayanıb.
Sonradan məlum olub ki, bloqerin cərrahiyyə xidmətinə getdiyi klinikanın belə prosedurları həyata keçirmək üçün lisenziyası yoxdur. Üstəlik, əməliyyat zamanı bloqqerin hər ombasına 30 ml polimetil metakrilat yeridilib ki, bu da böyük dozadır.
Lakin klinikanın nümayəndələri ölümlə nəticələnən hadisəyə görə məsuliyyət daşımır. Onlar qeyd edirlər ki, onlar yalnız biostimulyatordan istifadə ediblər və iddiaya görə, qız infeksiyaya öz evindəki çarşaflardan yoluxub.
Hazırda klinikanın sahibi həbs edilib.
Tanınmış bloqer plastik əməliyyatdan sonra öldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.