Forbes jurnalının açıqladığı yeni siyahıya görə, 40 yaşadək gənc milyarderlər reytinqinə cəmi 22 yaşında olan üç sahibkar daxil olub.
Söhbət Adarsh Hiremath, Brendan Foody və Surya Midhadan gedir. Onlar 2023-cü ildə süni intellekt əsasında kadr seçimi aparan Mercor startapını təsis ediblər. Şirkətin dəyərinin yüksəlməsindən sonra üç gənc öz zəhməti ilə sərvət qazanan ən gənc milyarderlər kimi tarixə düşüb.
Hazırda onların hər birinin ümumi sərvəti 2,2 milyard dollar olaraq qiymətləndirilir.
Bununla yanaşı, amerikalı müğənni Beyoncénin də sərvəti 1 milyard dollara çatıb. Bununla da o, bu həddə çatan tarixdə beşinci musiqiçi olub.

