"ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqların gələcək raundlarında iştirakdan imtina edərsə, bu, Kiyevin təslim olması üçün bəhanə olacaq".
Den.az xəbər verir ki, bunu amerikalı siyasətçi və "Forbes" jurnalının baş redaktoru Stiv Forbes deyib.
"Bunu əvvəlcədən təslimiyyət adlandırın. Telefon danışığından sonra prezident Tramp Rusiya və Ukraynanın təkbaşına danışıqlar aparmalı olduğunu söylədi. O, hər iki tərəf razılığa gələ bilməsə, ABŞ-ın geri çəkilə biləcəyinə eyham vurdu", - o deyib.
Forbes həmçinin Ukrayna təslim olanda Avropanın başına nə gələcəyinə işarə edib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin köhnə dünyanın siyasi ustasına çevriləcək.
Siyasətçi NATO-nun təsirini itirməsindən də danışıb. Forbes hesab edir ki, bu, "ölümcül şəkildə məhv edilib". Şimali Atlantika Alyansının üzvü olan ölkələr isə çətin ki, ABŞ-ın dəstəyinə arxalana bilsin.