Azərbaycanda 25 cinayət işi üzrə 858 kiloqram 631,899 qram narkotik vasitə və psixotrop maddə məhv edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, yandırılma yolu ilə ümumilikdə 858 kq 631,899 qram narkotik və psixotrop maddə, həmçinin 4 745 ədəd həb və 240 bağlama güclü təsiredici dərman preparatı məhv olunub.
Bildirilib ki, məhv edilən narkotik vasitələrə aşağıdakılar daxildir:
-
453 kq 924,517 qram heroin
-
394 kq 224,36 qram marixuana
-
2 kq 245,25 qram tiryək
-
5 kq 224,72 qram həşiş
Bundan əlavə, 3 kq 002,052 qram psixotrop maddə, 22 139 ədəd həb və 1 056 ampul, eləcə də 4 745 həb və 240 bağlama güclü təsiredici vasitə məhv edilib.
Məhv edilən narkotik vasitələrin ümumi dəyəri 52 milyon manatdan çoxdur.

