Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, İrandan Rusiyaya Azərbaycan ərazisindən tranzitlə kahı yarpaqları daşıyan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb olunub. Yoxlama zamanı xidməti kinoloji itdən istifadə edilib.
Baxış zamanı avtomobildə 79 kiloqram 820 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

